CROSSMEDIA - Fırıldaqçıların forumlardakı yeni sxemi açıqlandı
Xarici xəbərlər

Fırıldaqçıların forumlardakı yeni sxemi açıqlandı

Rusiyalıları internet forumlarında aldatmaq üçün yeni fırıldaq sxemi aşkar edilib.

Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, insanlar fırıldaqçılardan qorunmaq üçün məlumat axtararkən, forumlarda onların tələsinə düşürlər. Fırıldaqçılar "qayğı" göstərərək istifadəçiləri pullarını təcili "xilas etməyə" inandırır və onların vəsaitlərini ələ keçirirlər.

Bankın vitse-prezidenti Dmitri Revaykin internetdə məlumat axtararkən diqqətli olmağı və bankdan gələn mesajları diqqətlə oxumağı tövsiyə edib. O, istifadəçilərə bankdan gələn kodları heç kimə verməmələrini xatırladıb, çünki fırıldaqçılar bu məlumatları onlayn xidmətlərə giriş və maliyyə vəsaitlərinə çıxış əldə etmək üçün istifadə edə bilərlər.


Fatimə Məmmədova

11:10 24.02.2025

Oxunuş sayı: 1160

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR