CROSSMEDIA - Rusiya-Ukrayna müharibəsinə göstərilən reaksiya: "Yetər artıq"
Xarici xəbərlər

Rusiya-Ukrayna müharibəsinə göstərilən reaksiya: "Yetər artıq"

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasındakı müharibənin 3-cü ilinin tamamlanması münasibətilə "Yetər artıq" deyərək müharibənin dərhal sona çatdırılması çağırışı edib.

Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.

Belə ki, Quterreş Rusiyanın beynəlxalq hüququ pozaraq Ukraynaya işğal başlatmasının üzərindən 3 il keçdiyini və ədalətli sülhə olan təcili ehtiyacın vacibliyini vurğulayıb. O, BMT Nizamnaməsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. 

Bildirək ki, Quterreş müharibənin yalnız Avropanın sülhü üçün deyil, həm də BMT-nin əsas prinsipləri üçün ciddi təhdid yaratdığını bildirib.


Fatimə Məmmədova

10:49 24.02.2025

Oxunuş sayı: 979

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR