CROSSMEDIA - ABŞ 2 min USAID əməkdaşını işdən çıxarır
Xarici xəbərlər

ABŞ 2 min USAID əməkdaşını işdən çıxarır

ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyində (USAID) 2 min nəfərlik ştatı bağlayır, qalan işçilərin çoxunu məcburi məzuniyyətə göndərir. Bu qərar ABŞ Prezidenti Donald Trampın xarici yardımları dayandırmaq siyasətinin davamıdır.

Crossmedia.az xəbər verir ki, TRT Haber-in məlumatına görə, USAID əməkdaşlarına göndərilən bildirişdə 23 fevral 2025-ci ildən yalnız kritik vəzifələrdə çalışanların işinə davam edəcəyi qeyd edilib.

DOGE rəhbəri İlon Mask USAID rəhbərliyi ilə problemlər yaşadığını bildirərək, işçilərin məzuniyyətə göndərildiyini açıqlayıb.

 Həmçinin, ABŞ məhkəməsi  bəzi yardım proqramlarının müvəqqəti bərpasına qərar verib.



Fatimə Məmmədova

10:44 24.02.2025

Oxunuş sayı: 929

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR