Aİ Xarici Əlaqələr Şurası bazar ertəsi Brüsseldə toplanacaq

Nazirlər 2025-ci ildə Aİ-nin Ukraynaya hərbi dəstəyini gücləndirmək üçün Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın yeni təşəbbüsünü nəzərdən keçirəcəklər. Müzakirələrdə Kiyevə döyüş sursatlarının və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması, həmçinin Ukrayna hərbçilərinin hazırlığının genişləndirilməsi tədbirləri müzakirə olunacaq.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir.
Şura “Ukraynada vəziyyəti sabitliyi pozan Rusiyanın hərəkətlərilə əlaqədar” 16-cı sanksiyalar paketini təsdiq edəcək. Görüşdə həmçinin “Rusiyanın kölgə donanması ilə necə yaxşı mübarizə aparmağı” müzakirə ediləcəyi gözlənilir.
Nazirlər atəşkəs razılaşmasının icrası fonunda İsrail və Qəzza zolağında baş verən son hadisələri müzakirə edəcəklər. Şura yerlərdə baş verən hadisələr, Aİ və Aİ üzv dövlətlərinin Fələstin Milli Administrasiyasına dəstəyi ilə bağlı fikir mübadiləsi aparacaq.
Aİ-nin İranla bağlı siyasəti haqda mübadiləsi aparılacaq. Müzakirələrdə aşağıdakı aspektlərin müzakirə olunacağı gözlənilir: Tehran və Moskva arasında hərbi-texniki əməkdaşlıq, Aİ vətəndaşlarının ölkədə özbaşına saxlanması, Avropa İttifaqında hibrid əməliyyatlar, İranın Yaxın Şərqdə sabitliyi pozan rolu, eləcə də İranın nüvə proqramı ilə bağlı vəziyyət.
Cari beynəlxalq vəziyyət bölməsində Kallas Gürcüstandakı son hadisələr haqqında da danışacaq.
09:53 24.02.2025
Oxunuş sayı: 854