Avropa Birliyi Suriyaya sanksiya müzakirəsi aparır

Sabah Avropa Birliyi Suriyaya qarşı sanksiyaların ləğv edilməsi üçün toplanacaq. Almaniya və Fransa sanksiyaların yumşaldılmasına və Suriyanı Avro ödəniş sisteminə daxil etməyə tərəfdardır.
Crossmedia.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Belə ki, Yunanıstan və Kipr isə bu addıma qarşı çıxır. Onlar Aralıq dənizində Türkiyə ilə hər hansı bir dəniz anlaşmasının imzalanmamasını tələb edir.
Eyni zamanda, Suriya hökuməti Kipr rəsmiləri ilə görüş keçirib.
23:15 23.02.2025
Oxunuş sayı: 1809