CROSSMEDIA - Zelenski: Ukrayna Putin və Trampın razılaşmalarını tanımır
Xarici xəbərlər

Zelenski: Ukrayna Putin və Trampın razılaşmalarını tanımır

Sülh müqaviləsinin şərtləri dövlət və xalq üçün pis olarsa Ukrayna onları tanımayacaq.

Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan mümkün razılaşmalar barədə sualı cavablandırarkən deyib.

"Ukrayna üçün pis olan heç bir şeyə imza atmayacağam", - o vurğulayıb.

Zelenski qeyd edib ki, müharibə qurbanı olan Ukraynasız bu müharibəni bitirmək mümkün deyil.

"Əgər ABŞ - hərçənd ki, mən buna inanmıram, amma hər şey ola bilər - biz olmadan ruslarla bizim haqqımızda razılığa gəlsə, onun şərtlərini təsdiq etməyəcəyimiz təqdirdə o sazişdə uğur olmayacaq", - Zelenski qeyd edib.

Zelenski qeyd edib ki, ABŞ prezidentinin əvvəlcə onunla, sonra isə Rusiya prezidenti ilə görüşməsi düzgün olardı.

Ads by 
0
Reklamınızı SmartBee ilə effe"Ukrayna üçün pis olan heç bir şeyə imza atmayacağam", - o vurğulayıbZelenski qeyd edib ki, müharibə qurbanı olan Ukraynasız bu müharibəni bitirmək mümkün deyil.


22:50 23.02.2025

Oxunuş sayı: 2087

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR