Zelenski: Ukrayna və ABŞ iqtisadi razılaşma hazırlayır

Ukrayna və ABŞ iqtisadi razılaşma üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
"Bu müqavilə əlaqələrimizi gücləndirmək potensialına malikdir və hər şeydən əvvəl elə hazırlanmalıdır ki, həqiqətən işləsin", – deyə Zelenski bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp sazişin bağlanmasının son mərhələdə olduğunu bildirib. Razılaşmaya əsasən, ABŞ Ukraynaya göstərdiyi yardıma kompensasiya olaraq 500 milyard dollar dəyərində təbii ehtiyatlara çıxış imkanı qazanacaq.
03:37 24.02.2025
Oxunuş sayı: 1553