CROSSMEDIA - ABŞ Ukraynaya sərt şərtlər TƏKLİF EDİR
Xarici xəbərlər

ABŞ Ukraynaya sərt şərtlər TƏKLİF EDİR

ABŞ-nin  Ukraynaya təklif etdiyi yenilənmiş iqtisadi razılaşma əvvəlkindən heç də daha yaxşı deyil və bəzi şərtlər daha sərt görünür.

Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat verib.

Yeni layihəyə əsasən, Ukrayna təbii sərvətlərdən, o cümlədən qaz, neft və faydalı qazıntılardan əldə olunan gəlirlərin yarısından, eləcə də limanlar və digər infrastrukturdan gələn gəlirlərin yarısından imtina etməlidir.

Belə ki, Ukraynanın faydalı qazıntılardan əldə etdiyi gəlirlər ABŞ-nin  tam nəzarətində olan bir fona yönəldiləcək və bu, fondun 500 milyard dollara çatmasına qədər davam edəcək.

Həmçinin, ABŞ əldə olunan gəlirlərin bir hissəsini Ukraynanın müharibədən sonrakı bərpa işlərinə və infrastrukturun qurulmasına yenidən investisiya edə biləcək.

Məlumata görə, Rusiya tərəfindən işğal olunmuş ərazilər geri qaytarılarsa, həmin yerlərdən əldə edilən gəlirlərin 66%-i ABŞ-yə  gedəcək.

Qeyd edək ki, Ukrayna hərbi dəstəyin artırılmasını və müharibədən sonrakı təhlükəsizlik təminatlarını tələb etsə də, sənəddə bu məsələlərə yer verilməyib.

19:46 23.02.2025

Oxunuş sayı: 2842

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR