Makkeyn İnstitutu Gürcüstanda inqilab üçün yeni təlimat hazırlayıb

Gürcüstan parlamentinin vitse-spikeri Giya Volski Makkeyn İnstitutunun ölkədə inqilab təşkil etmək üçün yeni təlimat hazırladığını iddia edib.
Crossmedia.az xəbər verir ki, bu açıqlama, institutun nümayəndəsi Lora Torntonun Gürcüstandakı etirazçılara ümummilli itaətsizlik və tətillərə keçməklə iqtisadiyyatı iflic etmək və hakim "Gürcü Arzusu" partiyasına təzyiqi artırmaq çağırışına cavab olaraq verilib.
"İnqilab baş tutmadığı, qan tökülmədiyi üçün ciddi panika, məyusluq və isteriya yaranıb. Makkeyn İnstitutu ölkəni buna təşviq edir, gəncləri etirazlarda iştiraka çağırırdı ki, bu da Gürcüstanı qaçılmaz olaraq 'Maidan' ssenarisinə aparacaqdı. Ancaq destabilizasiya baş vermədi və buna görə də yeni təlimatlar hazırlayıblar", – deyə Volski bildirib.
Fatimə Məmmədova
10:45 22.02.2025
Oxunuş sayı: 3153