Pezeşkian Azərbaycan dilində Trampa səslənib

İran prezidenti Məsud Pezeşkian Azərbaycan dilində atalar sözü ilə Amerika prezidenti Donald Trampa səsləndi.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian dünən Yaxın Şərqdəki son proseslərdən danışarkən ABŞ prezidenti Donald Trampı tənqid edib.
Pezeşkian Azərbaycan dilində atalar sözü ilə Trampa səslənərək deyib: “Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü kölgəsində qoy yesin aslan səni”.
Qeyd edək ki, bir neçə gün öncə Tehranın mərkəzində Təbriz Mədəniyyət Həftəsində Azərbaycan dilində çıxış etmək istəyən Pezeşkian panfarslar tərəfindən sərt reaksiya ilə qarşılansa da, görünür, bu dəfə yenidən Azərbaycan dilində şeir söyləməkə paniranistlərə cavab vermək istəyib.
17:49 21.02.2025
Oxunuş sayı: 4589