Bakıda “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumu keçirilir







Bu gün Bakıda “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumu keçirilir.
Crossmedia.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin tərəfindən keçirilən tədbirdə bır sıra rəsmi şəxslər iştirak edirlər.
Onların sırasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri və Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da var.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək bildirib ki, Suverenlik ili təkcə rəmzi xarakter daşımır, həmçinin, Zəfərimizin 5 illiyi böyük tarixi hadisədir.
O qeyd edib ki, hər bir yubiley bizim keçmişimizi, bu günümüzü təcəssüm etdirir və gələcəyə baxışımızı, hansı istiqamətləri seçəcəyimizi müəyyən edir.
“Ümummilli Liderin 1969-cu ildə Azərbaycam rəhbərliyinə gələndə gözəl anlayırdı ki, Azərbaycan SSRİ daxilində öz inkişafına görə sonuncu yerləri tuturdu. O bilirdi ki, Azərbaycanın inkişafı üçün zəmin yaratmaq lazımdır. SSRİ daxilində bunu etmək çox çətin idi. O zaman təhsilə, elmə, milli özünü dərketmə, azərbaycançılıq fəlsəfəsinə çox böyük yer ayrıldı. Hələ o zamanlar 5 ali təhsil ocağı açılmışdı.
Müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyanın yubileyini qeyd edirik. Tam suverenliyini əldə edən Azərbaycanın Konstitusiyası statusu bütün torpaqlarımıza şamil olunur”.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri və Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva isə çıxış edərək bildirib ki, “Yüksəliş” müsaqibəsi nəticəsində bir çox insanların ictimai siyasi həyata inteqrasiya olunmaq fürsəti yaranıb.
O qeyd edib ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb, müstəqil Azərbaycanın ilk konstitusiyasıdır. Bu sənədin qəbulu böyük tarixi nailiyyətdir, dövlətimizin inkişafında böyük mərhələnin başlanğıcı olub.
Əlavə olaraq Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə qeyd edib ki,
Konstitusiya sənədi işlənərkən müəlliflər müxtəlif təcrübələri nəzərə alıb mükəmməl sənəd ortaya çıxarıblar:
“Konstitusiyaya edilən əlavə və dəyişikliklər dövlət müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə apardı. Bütün bunlar Azərbaycan suverenliyinin tam bərpa olunması ilə nəticələndi”.
12:44 21.02.2025
Oxunuş sayı: 4879