Qazaxıstandan AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı açıqlama - TƏCİLİ

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmanın yekun hesabatı 2025-ci ilin dekabr ayına qədər tamamlanmalıdır
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev brifinq zamanı məlumat verib.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə və tövsiyə olunan təcrübə standartlarına əsasən, araşdırmanın müddəti bir ildir. Buna uyğun olaraq, cari ilin dekabr ayına qədər araşdırmanın yekun hesabatı tamamlanmalıdır”, – deyə Lastaev Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılması ilə bağlı suala cavab verərkən bildirib.
10:05 19.02.2025
Oxunuş sayı: 2992