Qızıl ucuzlaşıb, gümüş bahalaşıb- Ekspert səbəbi izah etdi

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb. Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 1,52% azalaraq 2 900,7 ABŞ dollarına bərabər olub.
Birja məlumatlarına əsasən COMEX-də gümüşün
bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,39% artaraq 32,85 ABŞ
dollarına bərabər olub.
Dünya
birjasında müşahidə olunan bu tendensiya ilə bağlı Crossmedia.az-a danışan dörd
çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyevin fikrincə,
bu, birbaşa olaraq dünyada gedən proseslərlə bağlıdır: “Əslində hazırkı
tendensiyaya təsir edən bir çox faktor var. Müharibələr, sanksiyalar həm
qızılın, həm də gümüşün qiymətinə təsir edir. Amma əsas məsələ bazardakı tələb-
təkliflə bağlıdır. Onu da deyim ki, qızılın qiyməti son bir ildə kifayət qədər
artmış, hətta rekord həddə çatmışdı”.
Kənan
Novruzov
14:25 15.02.2025
Oxunuş sayı: 5801