CROSSMEDIA - Azərbaycanlı məktəblilər SpaceX raketi ilə ilk dəfə peyk buraxacaq
Texnologiya

Azərbaycanlı məktəblilər SpaceX raketi ilə ilk dəfə peyk buraxacaq

Azərbaycanlı məktəblilər 2025-ci ildə SpaceX raketi ilə orbitə peyk buraxacaq. Bu, ölkənin "Azərbaycanın Milli Peyk İnnovasiyaları Müsabiqəsi" çərçivəsində həyata keçirilən bir layihədir.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, buraxılacaq peyk "PocketQube" tipi pikopeyk olacaq və SpaceX raketi ilə orbitə göndəriləcək.

Belə ki, layihə  Azercosmos şirkətinin SPACE Academy tərəfindən təşkil olunub və Dövlət Üzrə Təhsil Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, PASHA Holding, Braziliya Kosmik Agentliyi  və braziliyalı Ideia Space şirkətinin dəstəyi ilə həyata keçirilir.

Bildirək ki, bu layihələr həm peyk texnologiyalarını inkişaf etdirir, həm də gəncləri erkən yaşlardan beynəlxalq əməkdaşlığa cəlb edir, nəzəri biliklərini real problemlərin həllinə tətbiq edərək, kompleks kosmik təşəbbüslərdə praktiki təcrübə qazandırır.


Fatimə Məmmədova 

13:45 05.02.2025

Oxunuş sayı: 530

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR