NATO katibi Avropanı müharibəyə hazırlaşmağa çağırıb
NATO Baş Katibi Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.
O, Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və daha çox istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda bir çox Avropa ölkələrində müzakirə mövzusu olacaq.
"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - Mark Rutte bildirib.
13:15 02.02.2025
Oxunuş sayı: 239