İsrail və HƏMAS arasında əsir mübadiləsi: 183 fələstinli azad edildi
Bu gün İsrail tərəfindən əsir mübadiləsi zamanı 183 fələstinli azad edilib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər veriri ki, azad olan fələstinlilər ailələri tərəfindən sevinc göz yaşları ilə qarşılanıb.
Məhbus Nasr Muammar, "İsraillilər deyirdilər ki, onların yenilməz ordusu var, amma yenilməz olan Fələstin xalqıdır", – deyə qeyd edib.
Bu mübadilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması çərçivəsində həyata keçirilib.
Ümumilikdə 583 fələstinli və 18 israilli sərbəst buraxılıb.
Aybəniz Səfərova
23:40 01.02.2025
Oxunuş sayı: 485