CROSSMEDIA - Marmara zəlzələsində 7 metrlik sunami dalğası ola bilər -Professordan açıqlama
Xarici xəbərlər

Marmara zəlzələsində 7 metrlik sunami dalğası ola bilər - Professordan açıqlama

Məşhur geoloq Prof. Dr. Celal Şengör gözlənilən İstanbul zəlzələsi ilə bağlı xəbərdarlıq edərək, Marmara dənizində baş verə biləcək torpaq sürüşməsinin 7 metr hündürlüyündə sunami dalğası yarada biləcəyini bildirib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Şengör bölgənin yüksək zəlzələ riski daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, bölgədə 7,6 bal gücündə zəlzələ gözlənilir və bu, güclü sunami təhlükəsi yarada bilər:

"Əgər Marmara dənizinin mərkəzi hissəsində böyük bir torpaq sürüşməsi baş verərsə, bu sunami yarada bilər. Türk Hava Qüvvələrinin sifarişi ilə aparılan araşdırmalara görə, belə bir sürüşmə nəticəsində  Marmaraya 7 metrə çatan sunami dalğaları ola bilər."

Belə ki, ekspert bölgə sakinlərini zəlzələyə və mümkün sunami təhlükəsinə qarşı hazırlıqlı olmağa çağırıb.

Fatimə Məmmədova

22:14 01.02.2025

Oxunuş sayı: 320

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR