Macarıstan İspaniyanı Trampın açıqlamasına ciddi yanaşmağa çağırdı
Macarıstanın Xarici İşlər naziri Peter Siyyart ABŞ prezidenti Donald Trampın İspaniyanın BRİKS-in üzvü olması ilə bağlı fikirlərini şərh edərək Madridin bu bəyanata ciddi yanaşmalı olduğunu bildirib.
Crossmedia.az MKRU-ya istinadən bildirir ki, Tramp daha əvvəl NATO-ya üzv ölkələrin müdafiə xərclərini kifayət qədər maliyyələşdirməməsi ilə bağlı fikirlərini bölüşərkən İspaniyanın BRİKS-in üzvü olduğunu söyləmişdi.
Qeyd edək ki, bu açıqlama ictimaiyyət və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Fatimə Məmmədova
22:36 01.02.2025
Oxunuş sayı: 283