Fransada Fələstin bayrağını dalğalandıran iki gənc 1 il matçlardan uzaqlaşdırıldı
Fransada Fələstin bayraqlarını dalğalandıran iki şəxs 1 il müddətinə matçlardan uzaqlaşdırılıb.
Crossmedia.az Fransa mətbuatına istinadən xəbər verir ki, Nanter-Hapoel Holon matçında Fələstin bayrağını dalğalandıran 19 və 21 yaşlı iki nəfərlə bağlı Nanter Məhkəməsi dünən qərar verib.
Məhkəmə sözügedən iki nəfəri idman matçının gedişinə təsir edəcək şəkildə yarış ərazisinə daxil olduqlarını əsas gətirərək 500 avro cərimə və 1 il matçlarda iştirakdan məhrum edib.
Həmçinin İsrail tərəfdarları Fələstin bayrağı ilə enən gənclərdən birini döyüblər.
21:46 01.02.2025
Oxunuş sayı: 311