Tramp: "Mən prezident olsaydım, bu müharibə başlamazdı"
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini və Rusiya-Ukrayna müharibəsinin həlli üçün "vacib" addımlar ata biləcəklərini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bu ifadələri işlədib:
"Biz danışaraq, mühüm işlər görəcəyik. Biz müharibəni bitirmək istəyirik. Mən prezident olsaydım, bu müharibə başlamazdı".
Trampın açıqlamaları, ABŞ-nin müharibənin həlli üçün daha fəal bir rol oynamağa hazır olduğunu göstərir.
Aybəniz Səfərova
21:13 01.02.2025
Oxunuş sayı: 341