ABŞ-də yeni virus aşkarlandı - ölümcül ola bilər
Alimlər ABŞ-nin Alabama ştatında Şimali Amerikada henipavirus – Camp Hill virusunu müəyyən ediblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, virus siçanlarda tapılıb.
Henipavirus ailəsinə daxil olan Hendra və Nipah virusları insanlarda və heyvanlarda ölümcül ola bilər.
Mütəxəssislər Camp Hill virusunun daha geniş coğrafiyada yayıla biləcəyini düşünür və onun potensial təsirlərini araşdırırlar.
Aybəniz Səfərova
20:49 01.02.2025
Oxunuş sayı: 361