CROSSMEDIA - BQXK muzeyi bağlanmaq təhlükəsi ilə üz-üzə
Xarici xəbərlər

BQXK muzeyi bağlanmaq təhlükəsi ilə üz-üzə

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən muzeyi maliyyə çətinliklərinə görə fəaliyyətini dayandıra bilər

Crossmedia.az xəbər verir ki, bu barədə muzeyin direktoru Paskal Hufşmid bildirib. O bildirib ki, İsveçrə hökumətinin yeni qənaət planı muzeyin başqa yerə köçürülməsinə, hətta fəaliyyətinə xitam verilməsinə səbəb ola bilər.

Muzey hər il İsveçrə Xarici İşlər Nazirliyindən 1,1 milyon frank (1,6 milyon AZN) dotasiya alıb. Bu günlərdə isə dotasiyanın dayandırıldığı məlum olub.

1998-ci ildə açılan muzey BQXK-nın tarixini əks etdirir. Burada 30 mindən çox eksponat, o cümlədən ilk Nobel mükafatı qorunur. Muzeydə həmçinin, Hərbi Əsirlərin Beynəlxalq Arxivi də yer alır.

20:40 01.02.2025

Oxunuş sayı: 349

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR