CROSSMEDIA - Tramp: "Panama kanalını Çinə vermədik, geri alacağıq"
Xarici xəbərlər

Tramp: "Panama kanalını Çinə vermədik, geri alacağıq"

ABŞ prezidenti Donald Tramp, Ağ Evdə təşkil etdiyi imza mərasimində mətbuatın aktual məsələlərlə bağlı suallarını cavablandırıb.

Crossmedia.az-ın xəbərinə görə, Tramp bildirib ki, ABŞ, Panama kanalını çox böyük xərclərlə və minlərlə insanın həyatını itirdiyi nəhəng inşa layihəsi ilə inşa edib, daha sonra isə razılaşma əsasında Panamaya təhvil verib.

Tramp, Panamanın kanalı faktiki olaraq Çinə təslim edildiyini vurğulayaraq, deyib:

"Biz kanalı Çinə vermədik, Panamaya verdik. Hal-hazırda Panama çincə bütün  tabelaları söküb. Onlar bunun üzərində çox çalışırlar, lakin tabelaların təxminən 70 faizi hələ də Çincədir. Bizim bağladığımız razılaşma belə deyildi. Buna görə də biz onu geri alacağıq. Zaten çox şey təklif etdilər, lakin biz geri almanın daha münasib olacağını düşünürük."- o, qeyd edib.

Aybəniz Səfərova

20:31 01.02.2025

Oxunuş sayı: 404

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR