CROSSMEDIA - Egey dənizində səhər saatlarından etibarən yeddi zəlzələ qeydə alınıb
Xarici xəbərlər

Egey dənizində səhər saatlarından etibarən yeddi zəlzələ qeydə alınıb

Bu gün son dəqiqə zəlzələ xəbərləri arasında adı tez-tez çəkilən Egey dənizində səhər saatlarından etibarən müxtəlif böyüklükdə zəlzələlər qeydə alınıb.

Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, AFAD-ın məlumatına görə, bölgədə 3,5-dən 4,4 bal gücünə qədər yeddi zəlzələ baş verib.

Titrəmələr konkret olaraq 3,9, 3,7, 3,6, 3,5 və 4 bal gücündə müşahidə edilib.

Zəlzələlərin dərinliyi təxminən 7 km olaraq müəyyən edilib.

Digər tərəfdən, zəlzələ mütəxəssisi Prof.Dr. Həsən Sözbilir bölgədə yerləşən Helen Qövsünün 7 bal gücündə zəlzələ və potensial sunami təhlükəsi yarada biləcəyinə diqqət çəkib.

Aybəniz Səfərova

20:14 01.02.2025

Oxunuş sayı: 310

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR