CROSSMEDIA - Fələstin rəsmiləri HƏMAS-la "mübarizəyə" hazır olduqlarını açıqlayıb
Xarici xəbərlər

Fələstin rəsmiləri HƏMAS-la "mübarizəyə" hazır olduqlarını açıqlayıb

Fələstin rəsmiləri ABŞ-yə Qəzza zolağında hakimiyyəti ələ keçirmək üçün HƏMAS-la "mübarizə aparmağa" hazır olduqlarını açıqlayıb.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu plan Fələstin Muxtariyyətinin yüksək vəzifəli rəsmisi Hüseyn əl-Şeyx tərəfindən ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffa təqdim edilib.

Görüş Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Ər-Riyadda baş tutub.

Mənbələrə görə, plan Qəzzanın idarəçiliyinin regiondan kənar bir komitəyə həvalə olunmasını nəzərdə tutur. Fələstin Muxtariyyətinin Qəzzadakı əsas namizədi isə prezident Mahmud Abbasın uzunmüddətli müşaviri Ziyad Əbu Əmrdir.

ABŞ vətəndaşı olan Əbu Əmr Corctaun Universitetində təhsil alıb və 2013-2024-cü illərdə Fələstinin baş nazirinin müavini olub.

Lakin ABŞ rəsmiləri Fələstin Muxtariyyətinin HƏMAS-a qarşı hərbi gücünün yetərli olduğuna şübhə ilə yanaşır.

ABŞ hərbi rəsmiləri bildirir ki, İsrailin 15 aylıq müharibədə HƏMAS-ı məhv edə bilmədiyi bir vaxtda Fələstin Muxtariyyətinin bunu bacaracağı real görünmür.

Eyni zamanda, İordan çayının qərb sahilində yaşayan fələstinlilərin böyük bir hissəsi Fələstin Muxtariyyətini korrupsiyalaşmış və İsrailin işbirlikçisi hesab edir.

HƏMAS-ın son məhbus mübadiləsi zamanı sərbəst fəaliyyəti və fələstinlilərin dəstəyini qazanması isə Muxtariyyətin Qəzzada nə dərəcədə uğurlu ola biləcəyi sualını daha da aktuallaşdırıb.

19:34 01.02.2025

Oxunuş sayı: 710

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR