Ərəb ölkələri Trampın planını rədd etdi
Ərəb ölkələri ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan İordaniya və Misirə köçürülməsi ilə bağlı təklifini rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məsələ ilə bağlı Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Fələstin Dövləti və Ərəb Dövlətləri Liqası Qahirədə keçirilən görüşdə birgə bəyanatla çıxış edib.
Bəyanatda vurğulanıb ki, Trampın planı regionda sabitliyə təhlükə yarada və münaqişənin daha da genişlənməsinə səbəb ola bilər.
Fatimə Məmmədova
19:14 01.02.2025
Oxunuş sayı: 341