CROSSMEDIA - Əlcəzairdən Fransanın müstəmləkəçilik siyasətinə zərbə
Xarici xəbərlər

Əlcəzairdən Fransanın müstəmləkəçilik siyasətinə zərbə

Əlcəzair Parlamenti Fransanın müstəmləkə mirasına qarşı mübarizəni nəzərdə tutan iki qanun layihəsini təqdim edib.

Crossmedia.az xəbər verir ki, birinci qanun layihəsi bütün rəsmi qanunvericilik sənədlərində fransız dilinin istifadəsinə son qoyacaq. Qəbul olunarsa, Əlcəzairin Rəsmi Qəzeti müstəsna olaraq ərəb dilində nəşr olunacaq.

İkinci qanun layihəsi Fransadan Əlcəzairdə müstəmləkəçilik dövründə törədilmiş cinayətləri rəsmən etiraf etməyi tələb edir. Sənəddə müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımlardan bəhs edilir.

18:45 01.02.2025

Oxunuş sayı: 372

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR