CROSSMEDIA - Rus ordusunun Poltavada öldürdüyü insan sayı 7 nəfərə çatıb
Xarici xəbərlər

Rus ordusunun Poltavada öldürdüyü insan sayı 7 nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin Poltavada çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Crossmedia.az xəbər verir ki, bu barədə UNİAN vilayət hərbi administrasiyasına istinadən məlumat yayıb.

Fövqəladə Hallar Dövlət Xidməti 14 nəfərin, o cümlədən üç uşağın yaralandığını bildirib.

Qeyd edək ki, Ukraynada səhər saatlarında raket hücumu təhlükəsi səbəbindən irimiqyaslı hava həyəcanı elan edilib. Xarkov və Poltava vilayətlərində hücumlar barədə məlumat verilib. Xüsusilə Poltava vilayətinin Mirqorod rayonunda enerji infrastrukturunun zədələndiyi bildirilib.

Ukrayna KİV-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri yeddi "İskəndər-M"/KN-23 ballistik raketi, yeddi "İskəndər-K" qanadlı raketi, dörd "Kalibr" qanadlı raketi, Tu-95ms strateji bombardmançı təyyarələrindən X-101/X-55sm qanadlı raketləri, 10 ədəd X-59/X-69 idarə olunan aviasiya raketi, 2 ədəd X-31P idarə olunan aviasiya raketi və s. buraxıb.

18:02 01.02.2025

Oxunuş sayı: 592

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR