CROSSMEDIA - Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Gündəm

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.


Crossmedia.az xəbər verir ki, əvvəlcə Komissiyanın yanvarın 21-də və 30-da keçirilən iclasının protokolları təsdiq edilib.


Sonra 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda öncə müraciətlər barədə məlumat verilib. Ardınca Komissiya üzvlərinin müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında həmçinin cari məsələlərə də baxılıb.

17:42 01.02.2025

Oxunuş sayı: 383

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR