Moldova Dnestryanıya təbii qaz tədarükünə başladı
Fevralın 1-də “Moldovaqaz” şirkəti Dnestryanıya ilk həcmdə 3 milyon kubmetr təbii qazın tədarükünə başlayıb.
Crossmedia.az yerli mətbuata istinadla xəbər verir ki, bu, Ukrayna ərazisindən Rusiya qaz tranzitinin başa çatmasından sonra ilk tədarükdür. “Moldovaqaz” ASC-nin rəhbəri Vadim Çeban bildirib ki, tədarüklər təzyiqi saxlamaq üçün qaz çatışmazlığı yaşayan Dnestryanı qaz sistemini doldurmağa yönəlib.
Tədarüklər Avropa İttifaqının maliyyə yardımı çərçivəsində həyata keçirilir. Əsasnaməyə əsasən, dövlət tədarükçüsü olan “Energocom” təbii qazın nəqlini “Tiraspoltransgaz” MMC ilə razılaşdırılmış tədarük qrafiki əsasında təmin edəcək.
Moldova Fövqəladə Hallar Komissiyasının açıqlamasında deyilir ki, "Energocom” bazar şəraitində Avropa İttifaqı və yaxud Ukraynadakı səlahiyyətli ticarət platformalarından 20 milyon avro dəyərində təbii qaz alacaq.
17:28 01.02.2025
Oxunuş sayı: 1674