CROSSMEDIA - Macarıstan Avropa İttifaqından çıxmaq istəmədiyini bildirdi
Xarici xəbərlər

Macarıstan Avropa İttifaqından çıxmaq istəmədiyini bildirdi

  • Budapeşt Avropa İttifaqından (Aİ) çıxmaq istəmədiyini, amma gələcəkdə müzakirələrdə iştirak etmək istədiyini bildirib.

  • Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki,  Macarıstan Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Budapeştin Avropa İttifaqından çıxmağı düşünmədiyini, amma gələcəkdə birlik haqqında müzakirələrdə iştirak edəcəyini bildirib.

  • Nazir Avropa İttifaqının tətbiq etdiyi ikili standartları və ikili siyasəti tənqid edərək, Brüsselin konservativ  hökumətlərin uzun müddət mövcud olmasını qəbul edə bilmədiyini vurğulayıb.

  • O, həmçinin Avropa İttifaqının Budapeşt əleyhinə maliyyə sanksiyaları tətbiq etdiyini və siyasi təzyiq göstərdiyini əlavə edib.

  • Fatimə Məmmədova

16:42 01.02.2025

Oxunuş sayı: 448

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR