CROSSMEDIA - Paşinyan manipuliyasiya ilə məşğuldur
Sosium

Paşinyan manipuliyasiya ilə məşğuldur

“Biz təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun, amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə, o cümlədən beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistan və beynəlxalq ticarət və ya yük daşımaları üçün Ermənistan ərazisi vasitəsilə Azərbaycan üçün”. - bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib.

Bəs Paşinyanın təklif etdiyi dəmir yolu yük əlaqəsi və ticarət marşrutları real sülhə xidmət edirmi, yoxsa bu, Ermənistanın öz maraqlarını qorumaq üçün manipulyativ addımıdır?


Mövzu ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib:

“Paşinyanın dedikləri, Azərbaycan tərəfinin dediklərini başqa bir varianta çevirməkdir. Biz 10 noyabr üçtərəfli bəyannamədə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin açılmasında Ermənistanın razılığını almışıq. Amma Ermənistan razılıq verdiyi məsələni icra etmir. Qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhliz həmdə Ermənistana imkan yaradacaq ki, yüklərini Azərbaycan üzərindən Şərqə və qərbə çıxarsın. Bu dəhlizin açılması onsuz da gündəm məsələsidir. Paşinyan isə sadəcə bir yol göstərir. Belə halda isə bu yolun təhlükəsizliyi məsələsi, status məsələsi, infrastrukturun qurulması ilə bağlı layihə məsələlərində kimin hansı mövqe tutacağı məsələləri meydana çıxır. Paşinyan güya ki, sülh təklifi atıb ortaya. Amma mən düşünürəm ki, bu manipulyasiya etməkdir. Sülh kəsişməsində onsuz da Azərbaycan kifayət qədər şərait yaradıb. Şimal, cənub, şərq, qərb nəqliyyat dəhlizi var. Paşinyan onu planlayır ki, bu təklifi verməklə Gürcüstandan da bir xətt açsın. Bu Paşinyanın öz planı deyil. İran və Hindistanın “Baharat” layihəsinin bir başqa variantıdır”. 


Ayhan Ağarzayev

16:23 01.02.2025

Oxunuş sayı: 425

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR