Gürcü politoloq: “İndiki məqamda Gürcüstanın vasitəçilik təklifinin qəbul ediləcəyi istisna edilmir”
- “Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçiliyi bütün hallarda müsbətdir, çünki Gürcüstan regional sabitliyin yaradılmasında ən çox maraqlı olan tərəflərdən biridir”.
- Crossmedia.az xəbər verir ki, bunu gürcü politoloq Kaxa Qoqolaşvili deyib.
- Onun sözlərinə görə, son böyük müharibədən sonra Gürcüstan rəhbərliyi tərəflərə dəfələrlə vasitəçilik platforması olmağı təklif edib və zaman-zaman vasitəçi çatışmazlığı müşahidə olunarkən, belə təşəbbüslər səsləndirilib.
- “Deməli, bu, yeni təklif deyil, sadəcə olaraq, sistematik şəkildə tərəflərə bir daha təqdim olunur ki, onlar istəsələr, nə vasitəçilərdən, nə də danışıqlardan məhrum olmasınlar”, - deyə Qoqolaşvili qeyd edib.
- Gürcü politoloq bildirib ki, Ermənistanın Rusiyanın vasitəçiliyini, Azərbaycanın isə Qərbin vasitəçiliyini istəmədiyi nəzərə alınsa, indiki məqamda Gürcüstanın təklifinin qəbul ediləcəyi istisna edilmir.
14:20 01.02.2025
Oxunuş sayı: 774