Ukraynalı deputatlar Vardanyanın məhkəməsindən danışdılar
- Ukraynalı deputatlar Anatoli Kostyux və Vladimir Vatras terrorçuluq, sülh əleyhinə etdiyi cinayətlərə görə həbs edilən Ruben Vardanyanın Bakıda keçirilən məhkəməsi ilə bağlı açıqlama verib.
- Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
- A.Kostyux Vardanyanın separatçılıq və Azərbaycan dövlətçiliyinə qarşı cinayətlərdə ittiham olunduğunu qeyd edib.
- Belə ki, o, Vardanyanın Rusiyanın Ukraynaya qarşı təcavüzünü maliyyələşdirməsi və bir çox ölkələr tərəfindən sanksiyalara məruz qalmasını vurğulayıb.
- Qeyd edək ki, V. Vatras Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz edib və ədalətli məhkəmə hökmü veriləcəyini arzuladığını bildirib.
- Fatimə Məmmədova
13:32 01.02.2025
Oxunuş sayı: 535