Paşinyan: "Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır"
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyırmı?" - o, qeyd edib.
20:37 31.01.2025
Oxunuş sayı: 380