CROSSMEDIA - Soyqırımdan qaçan 55 min yəhudi Azərbaycana sığınıb
Xarici xəbərlər

Soyqırımdan qaçan 55 min yəhudi Azərbaycana sığınıb

 İsrailin keçmiş baş ravvini İsrail Meir Lau AŞPA-da Beynəlxalq Holokostu Anma Günü şərəfinə Strasburqda keçirilən mərasimdə çıxış edərək bildirib ki, Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycanda sığınacaq tapıb:

İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istərdim: yəhudi xalqı və İsraillə həmişə sıx əlaqələr saxlayan müsəlman dövləti olan Azərbaycan. Bu gün Azərbaycan İsraillə çiyin-çiyinə, şərlə üz-üzədir. Holokost zamanı Azərbaycanda 55 mindən çox yəhudi qırğından qaçıb.

Azərbaycan xalqı tarix boyu heç vaxt yəhudilərə qarşı zorakılıq nümayiş etdirməyib.

Biz pis əməlləri xatırlamalı, eyni zamanda ürəyində İsrail xalqına sevgi və qardaşlıq odunu yandıranlara da təşəkkür etməliyik.

20:18 31.01.2025

Oxunuş sayı: 496

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR