Polşa sürətlə silahlanır
2024-cü ildə silah idxalı üçün bağlanmış müqavilələrin həcminə görə Polşa artıq üçüncü ildir ki, birinci yerdədir (15,625 milyard dollar və ya hərbi təyinatlı məhsulların idxalı üzrə qlobal sazişlərin 12,80%-i)
Son illərdə Polşa tərəfindən alınmış silah və texnikanın kiçik bir siyahısı: Amerikan M1A1 və M1A2 Abrams SEP v3 tankları, F-35A qırıcıları, HIMARS RYAS, AH-64E Apache helikopterləri, JASSM-ER, AIM-9X Sidewinder və Hellfire raketlər, Patriot PAC-3, Oshkosh M-ATV və Cougar zirehli maşınları; Cənubi Koreyanın K2PL tankları, 155 mm-lik K9PL özüyeriyən artileriya qurğuları, KLTV zirehli texnikası, K239 Chunmoo Ryas, həmçinin İtaliyanın AW149 helikopterləri, İsveçin Saab 340 AEW&C AWACS təyyarəsi, Türkiyənin Bayraktar TB2 PUA-ları və s.
Ümumilikdə, son 4 il ərzində Polşa 68,261 milyard dollar dəyərində (dünya bazarının 13,38%-i) hərbi təyinatlı məhsulların idxalı üzrə müqavilələr bağlayıb və digər əsas silah idxalçılarını xeyli geridə qoyaraq dünyada birinci yeri tutub.
19:51 31.01.2025
Oxunuş sayı: 322