YAP Yasamal rayon təşkilatında “Gənclər bizim gələcəyimizdir!” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər bizim gələcəyimizdir!” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, qazilər və fəal gənclər iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Sonra 2 Fevral-Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq YAP Yasamal rayon təşkilatının inzibati binasında təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 2 Fevral-Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən bəhs edib. Çıxışda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən bəhs edən Bəxtiyar Nəbiyev qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir: "Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri biləvasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir". Bəxtiyar Nəbiyev qeyd edib ki, vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir: "Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir". Bütün bunlar öz təsdiqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərdə gənc nəslin yüksək səviyyəli rolunda tapıb. Ümumiyyətlə dövlət gənclər siyasəti gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaradır. Gənclərimiz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir və görülən işlər, əldə olunan nəaliyyətlər bunun bariz göstəricisidir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir.Bu baxımdan, əldə olunan tarixi Qələbələrdə gənclərin rolu həlledici oldu. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslə qayğısının nəticəsi idi.
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır. Bildirilib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Çıxış edən Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov qeyd edib ki, Azərbaycan gəncliyi hər zaman ölkəmizin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak edib, Vətənə, dövlətə bağlılığını, eləcə də Vətənin qorunmasınınən ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəmişdir. Keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda qəhrəmancasına vuruşan igid gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Əminliklə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin dinamik inkişafı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. İnanırıq ki, Azərbaycanın gənclər ordusu göstərilən etimadı yüksək dəyərləndirərək, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək və yeni-yeni uğurlar qazanacaq.
YAP Yasamal rayon təşkialtının gənc fəalı Gülarə Mehdizadə sonda çıxış edərək qeyd edib ki, 2 fevral tarixində qeyd olunan Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı mühüm rolunu vurğulamaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün gənclərin potensialını reallaşdırmaq və onlara göstərilən dövlət qayğısını ön plana çıxarmaq məqsədilə müəyyən edilib. Dövlət gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider gənc nəslə qayğısını əsirgəməmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qalmaqdadır. 2 Fevral – Azərbaycan Gəncləri Günü həm də dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaq.
Tədbirin sonunda gənc muğam ifaçıları Yusif Cəfərbəyli və Nuray Hacızadənin təqdimatında bədii hissə təqdim edilib.
Bədii hissədən sonra sonra qazilərə və bir qrup gənc fəallara fəxri fərmanlar, hədiyyələr təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
17:58 31.01.2025
Oxunuş sayı: 1111