Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi artıb
- Ötən il Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb.
- Bunu bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.
- "Bu gün Aİİ üzvü olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz müxtəlif istiqamətlərdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə doludur. Ticarət-iqtisadi əməkdaşlığın davamlı müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faiz artıb”, - deyə o bildirib.
- Onun sözlərinə görə, təşkilata üzv ölkələr arasında investisiya əməkdaşlığı da yüksələn xətlə inkişaf edir.
- "Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla biz iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir.
- Ötən il ölkələrimiz arasında istər dövlət başçıları, istərsə də hökumət başçıları və hökumət üzvləri səviyyəsində çoxlu sayda qarşılıqlı səfərlər baş tutub. Bu, ölkələrimiz arasında müxtəlif səviyyələrdə intensiv dialoqun sübutudur", - o bildirib. (trend)
14:26 31.01.2025
Oxunuş sayı: 493