Seçkilərdə indiyədək səsverənlərin SAYI AÇIQLANDI- YENİLƏNİB

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a qədər respublika üzrə 1020231 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 17.1 faiz olub.
***
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub.
***
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 715 min 291 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 28,77 faiz olub.
12:35 29.01.2025
Oxunuş sayı: 3115