Samir Nuriyev səs verib




- Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
- Crossmedia.az xəbər verir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə iştirak edirdilər.
- Qeyd edək ki, bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.
- Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir.
11:41 29.01.2025
Oxunuş sayı: 2683