NATO və Aİ Qrenlandiya böhranında susur

NATO və Avropa İttifaqı ABŞ-nin prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ tərəfindən nəzarətə götürülməsinin vacibliyi barədə bəyanatları fonunda suverenliyin mümkün pozuntusunu pisləməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
"Son günlər rəsmi şəxslər NATO və ya Aİ-dən bir müttəfiq tərəfindən milli suverenliyin pozulmasının qlobal nəticələrini nəzərə alaraq, vəziyyətə daha ciddi yanaşmağın vacibliyini anlayıblar", - deyə qeyd olunub.
Belə ki, Danimarka, Aİ və NATO rəsmiləri məsələ ilə bağlı ictimai müzakirələri minimuma endirməyə qərar veriblər. Çünki Qrenlandiya məsələsi Kopenhagen üçün həssas bir mövzudur. Danimarka hesab edir ki, Donald Trampa açıq şəkildə qarşı çıxmaq yalnız böhranı dərinləşdirəcək.
- Fatimə Məmmədova
11:24 28.01.2025
Oxunuş sayı: 3003