ABŞ və Salvador: miqrantlarla bağlı yeni razılaşma hazırlanır

“Təhlükəsiz üçüncü ölkə” adlanan razılaşma, Salvadordan olmayan miqrantların bu ölkəyə deportasiya edilməsinə və onların ABŞ-dan sığınacaq istəmələrinin rədd edilməsinə imkan verəcək.
Crossmedia.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Salvador hakimiyyəti ilə miqrantların deportasiyasına dair saziş hazırlayır.
Mənbələr bildirir ki, miqrantlar ABŞ əvəzinə El Salvadordan sığınacaq istəməli olacaqlar. Bunun qarşılığında ABŞ Salvadora əlavə iqtisadi dəstək göstərəcək.
19:25 27.01.2025
Oxunuş sayı: 2970