İran üçün casusluq etməkdə ittiham olunan iki israilli əsgər həbs olunub

İsraildə İran üçün “müharibə zamanı pul qarşılığında casusluq” etdikləri iddia edilən iki əsgər sentyabr ayında başlanmış istintaq çərçivəsində həbs edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin daxili kəşfiyyat təşkilatı Şin-Bet və İsrail polisinin verdiyi açıqlamaya görə, Hayfa şəhərində yaşayan 21 yaşlı Yuri Eliasfov və Georgi Andrayev adlı əsgərlər “ciddi təhlükəsizlik cinayətləri” törətməkdə şübhəli bilinirlər. Onlar yanvar ayının əvvəlində saxlanılıblar.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Fidan Hacızadə
18:34 27.01.2025
Oxunuş sayı: 2560