Türk Mədəniyyəti və İrsi Fondunda iclas baş tutub





- Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
- Bildirilib ki, iclasda Fondun üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak ediblər.
- Fondun prezidenti Aktotı Raimkulova təşkilatın 2024-cü il ərzində gördüyü işlərdən bəhs edib. Onun sözlərinə görə, Fond tərəfindən 2024-cü ildə 74-dən çox layihə və tədbir həyata keçirilib.
- Sonra dövlət qurumlarının nümayəndələri və Fondun əməkdaşları qurumun normativ sənədlərinə dəyişiklikləri müzakirə ediblər.
- Fondun 2025 və 2026-cı illər üçün Fəaliyyət Planlarına daxil edilmiş Türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpasına yönəlmiş layihələrin ətrafında fikir mübadiləsi aparılıb.
- İclasın gündəliyinə, həmçinin Türk xalqlarının mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
- Məlumat üçün qeyd edək ki, cari il Fondun Şurasında Qazaxıstan Respublikası sədrlik edir və təşkilatın ikinci Şura toplantısı Fonda üzv dövlətlərin Mədəniyyət nazirliklərinin iştirakı ilə 7 fevral 2025-ci il tarixində Astanada keçiriləcək.
12:04 27.01.2025
Oxunuş sayı: 2886