İsrail Qəzzanın şimalına qayıdışı əngəlləyir – HƏMAS açıqlama yaydı

Fələstinli HƏMAS hərəkatı İsraili atəşkəs sazişini pozmaqda ittiham edib, çünki İsrail hələ də didərgin düşmüş insanların Qəzza zolağının şimalına qayıtmasına mane olur.
“HƏMAS və vasitəçilər İsrailin cənubi Qəzzadan insanların öz evlərinə – şimal bölgələrinə qayıtmasını qadağan edən addımlarını izləyir. Bu, atəşkəs razılaşmasının pozulması deməkdir”, – hərəkat özünün Telegram kanalında bildirib.
HƏMAS həmçinin qeyd edib ki, vasitəçilərlə birlikdə “didərgin düşmüş insanların şimal bölgələrinə qayıtmasına imkan yaradacaq bir həllə nail olmağı” ümid edir.
Maral Şahverdili
18:49 26.01.2025
Oxunuş sayı: 2426