Sosium

20 yanvar xalqımız üçün ağır faciədir

1990-cı ildə  yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı qoşunları qanunsuz olaraq Mixail Qorbaçovun göstərişi ilə Bakı şəhərinə daxil olmuş, nəticədə Bakı şəhərində, bir çox rayonlarda qanlı hadisələr törətmişdi.Həmin dövrdə bir çox mühüm hadisələr baş vermişdi. Azərbaycan artıq Sovet İttifaqı tərkibindən çıxmaq və müstəqil olmaq istəyirdi. Eyni zamanda burada Ermənilərin Qarabağ iddiası da özünü göstərməyə başladı. Mixail Qorbaçovun rəhbərliyi dövründə Ermənilər daha da ruhlandı və Qarabağ uğrunda mübarizələri geniş vüsət aldı. Onlar hər cür cəhdlə o,  torpaqların Ermənistana birləşdirilməsinə və azərbaycanlı əhalinin Qarabağı tərk etməsinə çalışırdılar. Ermənilər buna müxtəlif rayonlarımızada, soyqırımlar, faciələr törətməklə nail olmağa çalışırdılar və nəticədə guya xalqımız bütün bunlardan qorxacaq və geri çəkiləcək. Əslində isə onların gözlədiyi baş vermədi, əksinə, xalqımız bütün bu hiylələrdən qorxmadığını onarla mübarizə apararaq göstərdi.Həmin dövrdə bir çox mühüm hadisələr baş vermişdi. Azərbaycan artıq Sovet İttifaqı tərkibindən çıxmaq və müstəqil olmaq istəyirdi. Eyni zamanda burada Ermənilərin Qarabağ iddiası da özünü göstərməyə başladı. Mixail Qorbaçovun rəhbərliyi dövründə Ermənilər daha da ruhlandı və Qarabağ uğrunda mübarizələri geniş vüsət aldı. Onlar hər cür cəhdlə o,  torpaqların Ermənistana birləşdirilməsinə və azərbaycanlı əhalinin Qarabağı tərk etməsinə çalışırdılar. Ermənilər buna müxtəlif rayonlarımızada, soyqırımlar, faciələr törətməklə nail olmağa çalışırdılar və nəticədə guya xalqımız bütün bunlardan qorxacaq və geri çəkiləcək. Əslində isə onların gözlədiyi baş vermədi, əksinə, xalqımız bütün bu hiylələrdən qorxmadığını onarla mübarizə apararaq göstərdi.

Belə ki, xalqımızın mübarizəsin müstəqilliyə can atmasını görən, hər zaman erməniləri müdafiə edən Moskva Azərbaycanın mübarizə əzmindən qorxmağa başlamışdır. Bunun nəticəsində Sovet rəhbərliyi SSRİ tarxində ilk dəfə olaraq sovet şəhərinə qoşun yeritdi və qanlı hadisələrə səbəb oldu.

Sovet rəhbərliyi Bakıda Fövqəladə vəziyyət elan edilməsi haqqında fərmana əsasən və müxalifət nümayəndələrinin təşkil etdiyi iğtişaşların qarşısın almaq üçün qoşunların ökəmizin  müxtəlif rayonlaına və Bakı şəhərinə daxil olmasına nail oldular. Təbii ki, bütün bunlardan xalqımız xəbərsiz idi. Və gecə ilə Bakıya yeridilən qoşunlar əliyalın, dinc, silahsız, böyük, kiçik, yaşlı, cavan demədən xalqın üzərinə yeridildi. Təbii ki, Ulu Öndər Heydər Əliyev uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinə qarşı hər zaman həssaslıqla yanaşmış, şəhidlərin  xatirəsinin yaşadılması, onların ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görmüşdür. Belə ki, 2006-cı il 19 yanvar tarixində  “20 Yanvar çəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis eilməsi haqqında” Fərman imzalanmışdır. Fərmana əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər xiyabanında təmir işləri aparılır və Bakının Yasamal rayonu “20 Yanvar” dairəsində  Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə komleksi ucaldılmışdır. Eləcə də 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə bağlı Prezident  şəhid ailələrinin rifahının daha da yaxşılaşdırılması üçün  2006-cı il 19 yanvar fərmanına dəyişikliklər edərək  onlara verilən aylıq təqaüdün məbləği artırılmışdır. Əlbəttə ki, öz mübarizəsi, azadlığı, milli kimliyi, ölkəsinin suverenliyi uğrunda mübarizə aparan xalqa qarşı Prezident hər zaman diqqət göstərmiş və qiymətləndirmişdir.Ulu öndər Heydər Əliyev 1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında qərar layihəsini hazırlayaraq 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilən qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi.Həmin qərarda 20 Yanvarın hər il Naxçıvan MR-də matəm günü kimi qeyd olunması məsələsi də öz əksini tapmışdı.Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə tövsiyə olundu ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr etdi, geniş və əsaslı müzakirələr apardı, hadisələrin əsl səbəblərini açıqladı, həqiqi günahkarları müəyyənləşdirdi.

Nicat İsmayılov 

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E"  ünvanı üzrə ərazi partiya təşkilatının sədri

14:39 17.01.2025

Oxunuş sayı: 6043

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR