Kanada Baş nazirindən Putinə sərt cavab: Oliqarx dostlarından soruşsun!
Kanadanın Baş naziri Mark Karni Rusiya Prezidenti Vladimir Putinin Qərb sanksiyalarının artıq təsirini itirməsi barədə açıqlamasına cavab verib.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən mətbuat konfransında Karni bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hələ də ciddi təsir göstərir.
"Putin maliyyə qurumlarından, oliqarx dostlarından və xokkeyçilərindən soruşa bilər ki, sanksiyalar artıq keçmişdə qalıbmı", – deyə Kanada Baş naziri bildirib.
Karni vurğulayıb ki, məhdudiyyətlər real nəticələr verir və Rusiya iqtisadiyyatına təsir göstərir.
"Sanksiyalar tamamilə zəruridir. Çünki Putin qanunsuz və əsassız müharibə aparır", – deyə o qeyd edib.
Kanadanın Baş naziri əlavə edib ki, Ukraynadakı müharibə davam etdikcə Rusiyaya qarşı iqtisadi sanksiyalar daha da sərtləşdiriləcək.
14:53 18.11.2026
Oxunuş sayı: 96