Putin və Tramp bu gün Çində görüşə bilər
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Çində keçirilən APEC sammiti çərçivəsində danışıqlar apara bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, iki ölkə lideri arasında sammit çərçivəsində görüşün keçirilməsi ehtimalı var.
Görüşdə Rusiya-ABŞ münasibətləri, Ukraynadakı müharibənin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi gözlənilir.
Qeyd edək ki, Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində Putin, Tramp və Çin lideri Si Cinpin arasında üçtərəfli danışıqların aparılması da gündəmdədir.
14:37 18.11.2026
Oxunuş sayı: 102