Kriptovalyuta bazarı 2,19 trilyon dollara gerilədi
Dünya kriptovalyuta bazarında əsas rəqəmsal valyutaların qiyməti aşağı düşüb.
Crossmedia.az bu barədə "CoinMarketCap" platformasına istinadən xəbərverir ki, Bitcoin"in qiyməti 64 354,46 dollar, "Ethereum"un qiyməti 1 803,38 dollar, "BNB"nin qiyməti isə 591,36 dollar təşkil edib.
Digər kriptovalyutalardan "Bitcoin Cash" 208,44 dollara, "Quant" isə 152,72 dollara enib.
Bununla yanaşı, "Zcash" bahalaşaraq 952,41 dollara, "Monero" 506,96 dollara, "Bittensor" isə 195,86 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalardan "PAX Gold"un qiyməti 3 775,92 dollar, "Tether Gold"un qiyməti isə 3 773,99 dollar olub.
Kriptovalyuta bazarının ümumi dəyəri 2,19 trilyon dollar təşkil edib.
09:49 18.11.2026
Oxunuş sayı: 348